Xəbər verdiyimiz kimi, "Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi serbiyalı yarımmüdafiəçi Andriya Lukoviçlə anlaşıb.

“Rad”ın yetirməsi olan futbolçu ölkəsində “Srvena Zvezda” başda olmaqla bir neçə klubun şərəfin qoruyub.

Ölkə xaricində isə Polşa təmsilçisi “Rakuv”un və Portuqalıya təmsilçiləri “Famalikan”, “Belenenseş” klublarının formasın geyinib.

Təcrübəli oyunçu Serbiyanın gənclər millisində də çıxış edib.

27 yaşlı futbolçuya görə təmsilçimiz əlavə xərcə düşməyib.

O, azad agent olaraq “Zirə”yə keçib. Futbolçunun oyunundan bəhs edən videonu sizin də diqqətinizə çatdırırıq: