«Zirə»nin prezidentsiz günləri başa çatmaq üzrədir.

Rekord.az xəbər verir ki, hazırda bu postu tutmağa bir neçə namizəd var.

Onlar arasında ən real namizəd Taleh Əliyevdir. Adıçəkilən şəxs birbaşa olmasa da, futbol təsərrüfatına yaxın şəxsdir. O, «Azfar»ın idarəçisidir.

2014-cü ildə yaradılan «Zirə»FK bu müddətdə iki prezident dəyişib. Vüqar Astanovdan sonra yuxarı başa keçən Natiq İsmayılov ötən ilin avqustunda iş yerini tərk edib.