"Zirə"nin yeni transferi Azərbaycan çemionatını bəyəndi
- 02 Fev 2020 14:00
- 863
"Sabah" çox yaxşı rəqib olsa da ,biz oyuna yaxşı başladıq və 3 xalı qazana bildik".
Rekord.az xəbər verir ki, bu sözləri "Zirə"nin yeni transferi Ali Sisey Azərbaycan Premyer Liqasının 15-ciu turunda "Sabah"a 2:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra deyib.
"Zirə"ni seçməsinin səbəbini açıqlayan 26 yaşlı sierra-leoneli müdafiəçi debüt matçında özünü çox rahat hiss etdiyini bildirib:
"İlk oyunumda komanda yoldaşlarım kömək etdilər. Bizim komanda çox güclüdür. "Sabah"la oyun asan olmasa da, mənə rahat idi. Azərbaycan çempionatında güclü klublar var və "Sabah" da bunlardan biridir. Bu çempionat xoşuma gəlir. Mövsümün sonunda avrokuboklara vəsiqə qazanmaq bizim əsas məqsədimizdir. Bunun üçün hər şey edirik. Hələ gəncəm və hər həftə futbol oynamaq istəyirəm. "Zirə" klubu da mənə bu şansı yaratdığı üçün bura gəldim" (Report).