"Zirə"nin yeyilən növbəti haqqı QEYD
- 19 Sen 2021 19:58
- 785
"Zirə"nin haqqı növbəti dəfə yeyildi. "Sabah"la dünən keçirilən III tur matçında belə demək mümkünsə, zirəlilərin 3 xalı əllərindən alındı. Qarşılaşmanın 83-cü dəqiqəsində "Sabah"ın künc zərbəsi zamanı qonaqların futbolçusu Periçiç meydança sahiblərinin qapıçısı Mehti Cənnətovla mübarizədə qaydanı pozsa da, görüşün baş hakimi İnqilab Məmmədov bu qayda poztunusuna göz yumdu və qolu hesaba aldı. Halbuki, epizodun təkrarından da görünürdü ki, Periçiç topa toxunmur. Əlbəttə, burada qonaq futbolçunu və eləcə də "Sabah"ı günahlandırmaq absudr olardı. Onlar bərabərlik qolu üçün mübarizə aparıblar. Əgər bu mübarizə zamanı qayda pozuntusuna yol veriblərsə, bunu görüşün baş hakimi görməlidir. Bu mənada burada əsas günahkar görüşün baş hakimi İnqilab Məmmədov idi. Çünki epizod zamanı Periçiç hava mübarizəsinə qalxsa da, topa toxuna bilmir. Əvəzində sol əli və çiyni ilə Cənnətova təmas edib topun onun əlindən çıxmasına şərait yaradır. Həmin top isə qapıdan keçərək qol olur və "Zirə" növbəti haqsızlığın qurbanı olur. Ümumiyyətlə, bu, Rəşad Sadıqovun komandasına qarşı edilən ilk haqsızlıq deyil. İstər "Qarabağ"la, istərsə də "Neftçi" ilə oyunlarda da "Zirə"nin haqqı yeyilmiş, bu komandaya qarşı haqsızlıq edilmiş, halal xalları əllərindən alınmışdı. Məlumdur ki, hansısa qüvvələr Rəşada və onun komandasına qarşı çirkin kampaniya aparır. Amma bu kampaniya çox getməyəcək. Yəqin ki, gec-tez həmin şəxslərin də siması açılacaq, haqq-ədalət də öz yerini tapacaq.
P.S Ştuxlkin epizoda münasibəti maraqlı olardı...