Mozambik millisinin heyətindən zədəli qayıdan  Klesio Bauk həftəsonu "Zirə"yə qarşı keçiriləcək çempionat matçında meydançaya çıxmaq istəyir.

Rekord.az-a daxil olan məlumata görə, baş məşqçi Elmar Baxşıyev Afrika Millətlər Kubokundan zədəli gələn futbolçuya bu həftə istirahət vermək istəyib.

Lakin komandasına kömək etmək istəyən futbolçu baş məşqçidən adının iştirak ərizəsinə salınmasını xahiş edib.