“Zirə”yə xəbərdarlıq edildi, iki komandaya texniki məğlubiyyət verildi
- 05 Sen 2024 15:45
- 238
İntizam Komitəsinin növbəti iclası keçirilib.
Rekord.az xəbər verir ki, bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilbi:
Misli Premyer Liqası V tur
30 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının V turunun “Sumqayıt” – “Araz Naxçıvan” oyununda “Araz-Naxçıvan” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan” klubu 700 manat cərimə edilir (maddə 37);
31 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının V turunun “Şamaxı” – “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Şamaxı” klubu 800 manat cərimə edilir (maddə 51.2);
31 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının V turunun “Kəpəz” – “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Kəpəz” klubu 800 manat cərimə edilir (maddə 51.2);
1 sentyabr 2024-cü il tarixində Misli Premyer Liqasının V turunun “Zirə” – “Qarabağ” oyununun 29-cu dəqiqəsində “Zirə” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Zirə” klubuna xəbərdarlıq edilir (maddə 43.7);
Əvəzedicilər liqası V tur
30 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının V turunun “Neftçi-2” – “Şamaxı-2” oyununun 81-ci dəqiqəsində “Şamaxı-2” komandasının 75 nömrəli futbolçusu Ayxan Mustafazadə ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Şamaxı-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);
30 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının V turunun “Neftçi-2” – “Şamaxı-2” oyununun 81-ci dəqiqəsində “Şamaxı-2” komandasının baş məşqçisi Məqsəd Yaqubəliyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Şamaxı-2” komandası 100 manat cərimə edilir (maddə 42.4);
30 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının V turunun “Kəpəz-2” – “Sabah-2” oyununda stadionda texniki zona xətlənmədiyinə görə “Kəpəz-2” komandası 100 manat cərimə edilir (madd 69.3);
31 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının V turunun “Sumqayıt-2” – “Araz-Naxçıvan-2” oyununda “Sumqayıt-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt-2” komandası 70 manat cərimə edilir (maddə 37);
31 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının V turunun “Sumqayıt-2” – “Araz-Naxçıvan-2” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Sumqayıt-2” komandası 100 manat cərimə edilir (maddə 72.4);
31 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının V turunun “Zirə-2” – “Qarabağ-2” oyununda “Zirə-2” komandası “A buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə “Zirə-2” komandası 50 manat cərimə edilir (maddə 51.8);
2 sentyabr 2024-cü il tarixində Əvəzedicilər liqasının V turunun “Turan Tovuz-2” – “Səbail-2” oyununun matçöncəsi iclasında polis nümayəndəsi iştirak etmədiyinə görə “Turan Tovuz-2” komandası 80 manat cərimə edilir (maddə 73.1);
2 sentyabr 2024-cü il tarixində Əvəzedicilər liqasının V turunun “Turan Tovuz-2” – “Səbail-2” oyununda “Turan Tovuz-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz-2” komandası 70 manat cərimə edilir (maddə 37);
II Liqa I tur
31 avqust 2024-cü il tarixində II Liqanın I turunun “Lerik” – “Füzuli” oyununda “Füzuli” komandası matçın ilkin protokolunu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə “Füzuli” komandası 100 manat cərimə edilir (maddə 91);
31 avqust 2024-cü il tarixində II Liqanın I turunun “Hypers Guba” – “Saatlı-Araz” oyununun 50-ci dəqiqəsində “Hypers Guba” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Hypers Guba” komandası 80 manat cərimə edilir (maddə 52.1);
31 avqust 2024-cü il tarixində II Liqanın I turunun “Hypers Guba” – “Saatlı-Araz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Hypers Guba” komandası 80 manat cərimə edilir (maddə 51.2);
31 avqust 2024-cü il tarixində II Liqanın I turunun “Hypers Guba” – “Saatlı-Araz” oyununda “Hypers Guba” komandası AFFA nümayəndəsinin tələblərinə əməl etmədiyinə görə “Hypers Guba” komandası 200 manat cərimə edilir (maddə 73.3);
31 avqust 2024-cü il tarixində II Liqanın I turunun “Hypers Guba” – “Saatlı-Araz” oyununda “Saatlı-Araz” komandası “A Buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə “Saatlı-Araz” komandası 50 manat cərimə edilir (maddə 51.8);
31 avqust 2024-cü il tarixində II Liqanın I turunun “Hypers Guba” – “Saatlı-Araz” oyununda “Hypers Guba” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Hypers Guba” komandası 70 manat cərimə edilir (maddə 37);
31 avqust 2024-cü il tarixində II Liqanın I turunun “Hypers Guba” – “Saatlı-Araz” oyununda “Hypers Guba” komandasının heyətində protokolda adı olmayan 99 nömrəli futbolçu Hakan Həsənov oyuna daxil olduğuna görə “Hypers Guba” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir, “Hypers Guba” komandası 400 manat cərimə edilir (maddə 61.5);
2 sentyabr 2024-cü il tarixində II Liqanın I turunun “Sheki City” – “Şəmkir” oyununda “Şəmkir” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Şəmkir” komandası 70 manat cərimə edilir (maddə 37);
2 sentyabr 2024-cü il tarixində II Liqanın I turunun “Sheki City” – “Şəmkir” oyununun 84-cü dəqiqəsində “Sheki City” komandasının heyətində protokolda adı olmayan 77 nömrəli futbolçu Ramin Məmmədov oyuna daxil olduğuna görə “Sheki City” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir, “Sheki City” komandası 400 manat cərimə edilir (maddə 61.5);
2 sentyabr 2024-cü il tarixində II Liqanın I turunun “Şəfa” – “Qusar” oyununda “Şəfa” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Şəfa” komandası 70 manat cərimə edilir (maddə 37);
2 sentyabr 2024-cü il tarixində II Liqanın I turunun “Ağdaş” – “Kür-Araz” oyununun 71-ci dəqiqəsində “Ağdaş” komandasının 5 nömrəli futbolçusu Vasif Nəsirov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Ağdaş” klubu 50 manat cərimə edilir (maddə 36.5);
2 sentyabr 2024-cü il tarixində II Liqanın I turunun “Ağdaş” – “Kür-Araz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Ağdaş” klubu 80 manat cərimə edilir (maddə 51.2).