Bu gün "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 25-ci turunun sonuncu oyunu baş tutub.

Rekord.az xəbər verir ki, sonuncu oyun "Zirvə Astara" ilə "Sərhədçi" komandaları arasında baş tutub.

Oyunun ilk dəqiqələrindən üstünlüyü ələ keçirən "Zirvə Astara" yekunda 103-93 hesablı qələbə qazanıb. Bu məğlubiyyət ilə "Sərhədçi" klubu pley-off zonasından uzaqlaşıb.

Ən məhsuldar basketbolçular “Sərhədçi”də Maykl Diqqins (34 xal, 11 ribaund), "Zirvə Astara”da Ruşard Kruikşenk (22 xal, 8 asist) olublar.