Bu gün basketbol üzrə Azərbaycan Super Liqasında 3-cü tura start verilib.

Rekord.az xəbər verir ki, turun açılış matçında “Sərkərdə” və “Zirvə” klubları üz-üzə gəlib.

Azərbaycan Texniki Universitetinin basketbol arenasında baş tutan qarşılaşma Astara təmsilçisinin qələbəsiylə başa çatıb – 89:77.

Üçüncü turun digər oyunları sabah keçiriləcək:

13:00. Xırdalan - Gəncə
15:00. Sıçrayış - Atom
17:00. Atletik - 80-lər