"Milan"ın hücumçusu Zlatan İbrahimoviç "İnter"lə İtaliya Kubokunun 1/4 final mərhələsinin oyunundan (1:2) sonra irqçiliyə qarşı çıxıb.

Rekord.az xəbər verir ki, isveçli hücumçu özünün "Tvitter" səhifəsində yazıb: “Zlatan dünyasında irqçiliyə yer yoxdur. Hamımız bir irqik, hamımız bərabərik! Hamımız oyunçuyuq - kimsə başqalarından daha yaxşıdır".

Qeyd edək ki, sözügedən görüşün ilk hissəsinin sonlarında “Milan”ın müdafiəçisi Alessio Romanyoli Romelu Lukakuya qarşı kobud oynayıb. Lukaku ilə Romanyoli arasındakı mübahisəyə İbrahimoviç də qoşulub. Nəticədə bu iki oyunçu kəllə-kəlləyə gəlib, lakin insident əlbəyəxa davaya çevrilməyib.Zlatan Lukanın ünvanına bu təhqiramiz ifadəni işlədib:  "Get p..nu ye, eşşək”. Cavabında Lukaku İbrahimoviçi “fahişə oğlu" adlandırıb.

Xatırladaq ki, baş hakim hər iki oyunçuya sarı vərəqə göstərib. 58-ci dəqiqədə isə İbrahimoviç kobud oyuna görə ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.