“Krasnodar”ın isveçli futbolçusu Markus Berq Zlatan İbrahimoviç barədə danışıb.

Rekord.az xəbər verir ki, Berq İbranın yığmanın düşərgəsində əsl lider kimi davrandığını bildirib.

O, vurğulayıb ki, hücumçu nə istəyirdisə, onu da edirdi: "İbra ilə yalnız yığmanın düşərgəsində söhbətləşirdik. O. əsl lider və gənclərə nümunə idi. Komanda üzvlərindən çox şey tələb edirdi və özü də ustalıq nümayiş etdirirdi.

O nə deyirdisə, hamı qulaq asırdı, hər kəs də onun etdiklərini təkrarlamağa çalışırdı. Zlatan yığmanın düşərgəsində nə istəyirdisə, edirdi.

Boyu 2 metr, çəkisi 100 kq olan hər futbolçu formasını yüksək səviyyədə saxlaya bilməz. Zlatan əsl maşın və fenomendir”.