“Milan” İtaliya A Seriyasının 11-ci turunda “Roma”nı məğlub edib.

Rekord.az xəbər verir ki, 2:1 hesabıyla bitən matç “Milan”ın hücumçusu Zlatan İbrahimoviç üçün əlamətdar olub.

Belə ki, bu oyunda fərqlənən isveçli hücumçu, karyerası ərzində vurduğu qolların sayını 400-ə çatdırıb.

İbrahimoviç peşəkar karyerası ərzində ilk qolunu 22 il əvvəl – 1999-cu ildə “Malmö”də vurub.