Mövsümün sonunda "Qarabağ"la müqaviləsi başa çatan Abdulla Zubir böyük ehtimalla daha 1 il Ağdam klubunun şərəfini qoruyacaq.

Rekord.az-a daxil olan məlumata görə, Qurban Qurbanov 33 yaşlı yarımmüdafiəçinin xidmətindən daha bir mövsüm istifadə etmək istəyir.

Futbolçuya bununla bağlı ilkin təklif də olunub və əldə etdiyimiz məlumata görə, mərakeş əsilli fransız da "Qarabağ"da qalmağın tərəfdarıdır. Lakin o, 1 yox, 2 illik müqavilə istəyir ki, tərəflər hazırda bunun üzərində müzakirə aparır. Həmçinin müqavilənin maddi tərəfləri də müzakirə olunur.