"Qarabağ" yayda klubla müqaviləsi başa çatacaq Zubirə yeni müqavilə təklif edib.

Lakin Rekord.az xəbər verir ki, fransalı futbolçu hələlik bu təklifə müsbət cavab verməyib.

Bİzə daxil olan məlumata görə, Zubir yeni müqavilədə maaşının artırılmasını tələb edir. Hazırda klubdan onun bu tələbinə gələcək cavabı gözləyir.