Zümrüd Ağayevaya UEFA-dan növbəti təyinat
- 27 Sen 2023 15:30
- 329
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA tərəfindən növbəti təyinat alıb.
Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA Gənclər Liqası çərçivəsində oktyabrın 4-də Belqrad şəhərində keçiriləcək “Srvena Zvezda” – “Yanq Boys” oyununun UEFA nümayəndəsi Zümrüd Ağayeva olacaq.