“Bayer”də ciddi itki
- 2024-10-26 12:30
- 55
“Bayer”in futbolçsu Amin Adli zədələnib.
Rekord.az xəbər verir ki, 24 yaşlı hücumçu Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda "Brest"lə görüşdə sıradan çıxıb.
Adlida fibula sümüyünün qırığı aşkarlanıb. O, əməliyyat olunacaq və 2025-ci ilin yanvarınadək yaşıl meydanlardan kənarda qalacaq.
Adli bu mövsüm 12 matçda meydana çıxıb.