Beyləqanda maraqlı futbol matçı keçirilib.

Rekord.az xəbər verir ki, matç Xudaverdi Tumasovun 65 illik yubileyi şərəfinə təşkil olunub.

Xudaverdi müəllim əvvəllər futbol hakimi olub, sonradan isə məşqçi kimi uşaq futbolunda çalışmağa başlayıb. Əsləm Cəbrayıl rayonunj Horovlu kəndindəndi. Futbol matçında futbol veteranları ilə Beyləqanı təmsil edən komanda üz-üzə gəlib. Matç futbol veteranlarının 4:2-lik qələbəsi ilə başa çatıb.