İngiltərə yığmasının və “Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden əməliyyat olunub.

Rekord.az xəbər verir ki, AÇ-2024-ün seçmə mərhələsinin oyunları ilə əlaqədar millinin düşərgəsində olan futbolçunun səhhətində problem yaranıb.

Xəstəxanaya çatdırılan futbolçunun müayinələrdən sonra əməliyyat olunmasına qərar verilib. 22 yaşlı vinger kor bağırsağından əməliyyat olunub. Onun təxminən bir ay yaşıl meydanlardan kənarda qalması gözlənilir.

Foden martın 23-də İtaliyaya 2:1 hesabıyla qalib gəldikləri səfər matçının 69-cu dəqiqəsində meydana buraxılsa da, 81-ci dəqiqədə əvəzlənmişdi. Futbolçu ötən gecə doğma meydanda Ukraynaya 2:0 hesabıyla qalib gəldikləri matçın iştirakçısı ola bilməyib. O, bu mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlər çərçivəsində 36 oyuna çıxıb, 13 qol vurub.