"Lerik"lə kubok matçında ağır zədə alaraq uzun müddət yaşıl meydançalardan uzaq qalan Kristian Velinovski tədricən  fərdi məşqlərə başlayıb.

Lakin Rekord.az xəbər verir ki, şimali makedoniyalı futbolçu yalnız növbəti mövsümdən komandasına kömək edə biləcək.

Uzun müddətdir futbol oynamamasına baxmayaraq, baş məşqçi Samir Abasov növbəti mövsüm bu futbolçuya da şans verməyi düşünür vəı onu "Sumqayıt"da saxlayacaq.