"Qəbələ" rəhbərliyi Kaxaber Sxadadzenin işindən narazıdır.

Rekord.az xəbər verir ki, gürcü məşqçi gələndən sonra nəinki komandanı müsbətə doğru dəyişə bilib, əksinə, futbolçularla münasibətini günü-gündən soyudur.

Onun yeri gəldi-gəlmədi futbolçuları aşağılaması, hər uğursuzluğa görə onları günahlandırması, özünü hər dəfəsində sudan quru çıxarması rəhbərliyin də xoşuna gəlmir. Bu mənada hətta komanda elitada saxlanılsa belə, Kaxanın göndəriləcəyi istisna deyil. Bu zaman isə ona klub tərəfindən heç bir təzminat ödənilməyəcək. Çünki onunla 1.5 illik müqavilə 6 ay + 1 il formatında bağlanılıb. Yəni 6 aydan sonra rəhbərlik razı qalarsa, müqavilənin müddəti daha 1 illiyinə uzadıla, əks halda isə gürcü məşqçi göndərilə bilər.