Bu il Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində keçiriləcək minifutbol üzrə dünya çempionatının püşkü atılıb.

Rekord.az xəbər verir ki, mərasimdə Azərbaycan milli komandasının da rəqibləri bəlli olub.

Elşad Quliyevin baş məşqçi olduğu kollektiv Tunis, Misir və İraq yığmaları ilə birlikdə G qrupunda mübarizə aparacaq.

Mundial oktyabrın 26-dan noyabrın 4-dək Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq.