Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-İttihad” Nqolo Kanteni transfer etdiyini açıqlayıb.

Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı futbolçunun hər mövsüm üçün 100 milyon avro alacağı bildirilib.

Öncədən “Real”ın hücumçusu Kərim Benzema da adıçəkilən kluba keçmişdi.

Kante 2016-2023-cü illərdə “Çelsi”nin formasını geyinib. 2022/23 mövsümündə o, Premyer Liqa klubunun heyətində bütün turnirlər daxil olmaqla 9 oyuna çıxıb, 1 məhsuldar ötürmə edib.