19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Qəbələ şəhərindəki təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoldaşlıq oyunlarını idarə edəcək hakimklər müəyyənləşib.

Rekord.az xəbər verir ki, Gürcüstan və Belarusla oyunlar aşağıdakı hakimlərə tapşırılıb:

16 iyun. Qəbələ şəhər stadionu. Saat 18:00
Azərbaycan U-19 – Gürcüstan U-19
Hakimlər: Kamal Umudlu, Asiman Əzizli, Kərim Zeynalov, Şamil İmanzadə
 
18 iyun. Qəbələ şəhər stadionu. Saat 18:00
Belarus U-19 – Gürcüstan U-19
Hakimlər: Kamran Əliyev, Şirmamed Mamedov, Tərlan Talıbzadə, Əkbər Əhmədov
 
20 iyun. Qəbələ şəhər stadionu. Saat 18:00
Azərbaycan U-19 – Belarus U-19
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Zöhrab Abbasov, Murad Səlimov