“Kəpəz” Premyer Liqada növbəti iki ev oyununu Gəncədə keçirməyəcək.

Rekord.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.

Gəncə şəhər stadionunun ot örtüyünün vəziyyəti Azərbaycan Premyer Liqasının oyunlarını qəbul etmək üçün yararlı olmaması ilə əlaqədar PFL “Kəpəz” klubunun müraciət və təsdiq məktubunu nəzərə alaraq aprel ayının əvvəlcədən açıqlanan təqvimində aşağıdakı dəyişikliklər edilib:

15 aprel

Kəpəz – Turan Tovuz
Qəbələ şəhər stadionu, 16:00

29 aprel

Kəpəz – Sumqayıt
Qəbələ şəhər stadionu, 16:00

Qeyd: Renovasiya işlərinə Peşəkar Futbol Liqası tərəfindən baxış keçirildikdən sonra “Kəpəz” klubunun 33-cü turdan sonrakı ev oyunlarının Gəncədə keçirib-keçirməyəcəyinə yekun qərar veriləcək.