Növbəti mövsüm üçün Premyer Liqada komanda sayının artırılması ilə bağlı müzakirələr getsə də, bunun hansı sayda, hansı formada olacağı hələlik bilinmir.

Rekord.az xəbər verir ki, bir neçə komandaya hazırlıqla bağlı tapşırıq verilib.

Əldə etdiyimiz məlumata görə, bu komandalardan biri də MOİK-di. Düzdür, onlara AFFA tərəfindən elita ilə bağlı 100 faiz təminat verilməyib. Lakin Premyer Liqada oynamağa əsas namizədlərdən olduqları, bu mənada istənilən halda, elita hazırlıqlarına başlamaları bildirilib.