17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ikinci oyununu keçirəcək.

Rekord.az xəbər verir ki,millimiz Bakı vaxtı ilə saat 13:00-da ABFF Təlim-Məşq Mərkəzində Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Turun digər görüşündə Belarus və Türkiyə komandaları üz-üzə gələcəklər.

Qeyd edək ki, U-17 ilk oyununda Belarus yığmasına 1:3 hesabı ilə məğlub olub. Qazaxıstan kollektivi isə Türkiyə komandasına 0:5 hesabı ilə uduzub.