Bu gün Misli Premyer Liqasında 31-ci tura yekun vurulub.

Rekord.az xəbər verir ki, sonuncu oyun günündə 2 qarşılaşma baş tutub.

“Kəpəz”  günün ilk matçında “Sabah”la üz-üzə gəlib. “Araz-Naxçıvan” isə “Səbail”lə münasibətlərinə aydınlıq gətirib. Hər iki oyun qonaqların qələbəsiylə yekunlaşıb.

Turun əvvəlki oyunlarında “Turan Tovuz” “Sumqayıt”a 1:4 hesabıyla uduzub. “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib – 3:1. “Qarabağ” – “Qəbələ” görüşündə isə qalib müəyyənləşməyib - 2:2.

Misli Premyer Liqası
31-ci tur

21 aprel

“Kəpəz” – “Sabah” 1:2
Qollar: Olavale Onanuqa, 61 - Kahim Parris, 12. İshak Belfodil, 34.
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Teymur Teymurov, Əli Əliyev
Tovuz şəhər stadionu, 16:30

Kəpəz: 96. İqor Rodriqes, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 26. Adama Niane, 91. Latir Fall, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 47. Ədilxan Qarəhmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 13. Fərid Kələntərov.
Baş məşqçi: Adil Şükürov.
Sabah: 1. Yusif İmanov, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 14. İshak Belfodil, 44. Sofian Çakla, 70. Jesse Sekidika, 3. Con İrasabal, 28. Kahim Parris.
Ehtiyat oyunçular: 16. Rüstəm Samiqullin, 75. Emil Həbibov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybulayev, 40. Rauf Rüstəmli, 88. Xəyal Əliyev, 53. Fəxri Məmmədli, 18. Davit Volkov, 19. Emmanuel Apeh.
Baş məşqçi: Krunoslav Renduliç.

“Araz-Naxçıvan” – “Səbail” 0:2
Qollar: Aleksandr Ramalinqom, 32-pen. Yusif Nəbiyev, 75.
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı
“Liv Bona Dea Arena” 19:00

Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev (k), 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 9. Elvis Maşike, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç.
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Ələkbərov, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 29. Vanderson Melo, 8. İsmail Azzaui.
Baş məşqçi: Elmar Baxşıyev.
Səbail: 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 74. Yusif Nəbiyev, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 3. Silven Deslandes, 21. Anas Najah, 7. Madi Keta.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 55. Nir Bardea, 44. Yadin Luqasi, 14. Suleyman Alluş.
Baş məşqçi: Şahin Diniyev.