Yaponiyalı yarımmüdafiəçi Masaki Murata “Sumqayıt”dan ayrılıb.

Rekord.az xəbər verir ki, 24 yaşlı futbolçu bundan sonra Danimarkada forma geyinəcək.

O, sözügedən ölkənin “Vayle” klubuna keçib. Tərəflər 3 illik müqaviləyə imza atıblar.

Xatırladaq ki, Murata 2023-cü ilin yanvarından “Sumqayıt”ın uğurları üçün çalışırdı.