“Reyncers” klubu “Atalanta”nın hücumçusu Sem Lammersi transfer edib.

Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Şotlandiya təmsilçisi niderlandlının keçidi ilə bağlı paylaşım da edib:

“Reyncers” klubu dörd illik müqavilə ilə “Atalanta”dan Lammerslə anlaşma imzaladığı üçün xoşbəxtdir”.

PSV-nin yetirməsi olan forvard 2020-ci ildə İtaliya klubuna keçib. Daha sonra o, icarə əsasında “Ayntraxt” (Frankfurt), “Empoli” və “Sampdoriya” kimi klublarda çıxış edib.

Lammers 2022/23 mövsümündə İtaliya A Seriyasında 34 oyuna çıxıb, iki qol vurub və eyni sayda məhsuldar ötürmə edib.