I Liqa təmsilçisi "Qaradağ Lökbatan"ın Lökbatanı tərk etdiyi və ev oyunlarını BOS-un ehtiyat meydançasında keçirəcəyinə dair məlumat vermişdik.

Rekord.az xəbər verir ki, bu köç müvəqqəti xarakter daşıyır.

Əldə etdiyimiz məlumata görə, Lökbatan Olimpiya İdman Kompleksinin meydançası yenilənəcək, ora yeni süni örtük döşənəcək. Lakin bu işlərin hansı tarixdə başlayıb hansı tarixdə bitəcəyi məlum deyil. Dəqiq bilinən odur ki, "Qaradağ Lökbatan" bu mövsmü Lökbatandan kənarda keçirməlidir.