“Nitsa”nı Liqa 1-in 30-cu turunda PSJ ilə matçda (0:2) komandanın azarkeşlərinin asdığı pankarta görə 5000 avro cərimə gözləyir.

Rekord.az xəbər verir ki, “Nitsa”nın azarkeşləri parislilərin baş məşqçisi Kristof Qaltyenin anasına təhqir yazılan pankart nümayiş etdiriblər.

Oyunun final fitindən sonra Qaltye ötən mövsüm çalışdığı “Nitsa”nın azarkeşlərinə istehzalı alqışlar yağdırıb. Təcrübəli mütəxəssis matçdan sonra baş verənlərlə bağlı bunları söyləyib:

“Niyə belə reaksiya verdim? Pankartı gördünüzmü?! Üzərində yazılanları oxumusuz?! Anamın 83 yaşı var, o, xərçəng xəstəliyindən əziyyət çəkir”.