Almaniyanın “Bayern” klubunun hücumçusu Erik Şupo-Motinq İngiltərədə “Mançester Siti”yə qarşı keçiriləcək UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununu buraxacaq.

Rekord.az Münhen klubunun rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı hücumçu diz oynaqlarında problem olduğu üçün səfər matçına aparılmayacaq.

Kamerunlu futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı məlum deyil.

Əvəzində “Bayern”in zədəli müdafiəçisi Lukas Hernandes məşqlərə başlayıb. Fransalı futbolçu sağ dizinin çarpaz bağlarının qopması səbəbindən uzun müddət idi ki, meydana çıxmırdı. O, DÇ-2022-nin qrup mərhələsinin Avstraliya ilə matçında (4:1) zədələnmişdi.

27 yaşlı müdafiəçi bu mövsüm Bundesliqada 7 oyuna çıxıb. Onun klubla müqaviləsi 2023/2024 mövsümünün sonuna kimi hesablanıb.

Xatırladaq ki, aprelin 11-də keçiriləcək “Mançester Siti” – “Bayern” oyununa saat 23:00-da start veriləcək. Cavab görüşü aprelin 19-da keçiriləcək.