"Real"ın futbolçusu Kərim Benzema zədələnib. 

Rekord.az xəbər verir ki, o, La Liqanın 22-ci turunda "Elçe" ilə hazırda davam edən görüşün 58-ci dəqiqəsində sıradan çıxıb.

O, oyuna davam edə bilməyib və əvəzlənib. 

Qeyd edək ki, hazırda qarşılaşmada "Elçe" "Real"a 2:1 hesabı ilə qalib gəlir.