“Beşiktaş”ın müdafiəçisi Tayyip Talha əməliyyat olunub.

Rekord.az xəbər verir ki, “Fənərbaxça” ilə derbi matçında sıradan çıxan futbolçu bu gün əməliyyat keçirmək məcburiyyətində qalıb.

Sağ dizinin ön çarpaz bağların qopan futbolçunun əməliyyatının uğurlu alındığı bildirilir.

Gənc müdafiəçinin 5-6 ay yaşıl meydanlardan kənarda qalması ehtimal olunur.