Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Pavelko iki ay (60 gün) həbsdə qalacaq.

Rekord.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Lvovun Şevçenkovski Rayon Məhkəməsi qərar çıxarıb.

Funksioner avqustun 14-dək həbsdə qalacaq.

Pavelko 2022-ci ilin noyabrında saxlanılıb. UAF rəhbəri “süni ot zavodunun tikintisi üçün nəzərdə tutulmuş beynəlxalq yardım fondlarından sui-istifadə etmə”də ittiham olunur. Cinayət işi 2021-ci ildən araşdırılır.