Ötən mövsümü Region Liqasının 1/4 final mərhələsində dayandıran "Füzuli" komandası, artıq yeni mövsüm hazırlıqlarına start verib.

Rekord.az-ın komandanın mətbuat xidmətindən aldığı məlumata görə, İkinci Divizionda çıxış edəcəyi gözlənilən komanda, ilk öncə əsas problemi olan, stadion problemini həll etmək niyyətindədir.

Bunun üçün Horadiz OİK stadionunun oyun meydançasının bərpa və yenidənqurma işləri sürətlə davam edir.

Paralel olaraq transfer çalışmalarını da davam etdirən komanda, avqust ayında bir araya gələcək.

Qeyd edək ki, komandanın əsas çalışdırıcısı və baş məşqçisi olan Vasif İsmayılov, bu mövsüm də iddialı çıxışını davam etdirərək, ən yüksək yerlər uğrunda mübarizə aparmaq niyyətindədir.