Azərbaycan klubları “Sabah” və “Qəbələ”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.

Rekord.az xəbər verir ki, UEFA yarış iştirakçılarını qruplaşdırıb.

“Sabah” bu raundda ÇFR (Rumıniya), “Hapoel” (Beer-Şeva, İsrail), “Legiya” (Polşa), “Dunayska Streda” (Slovakiya) – “Dila” (Gürcüstan) cütünün qalibi və ya “Makedoniya” (Şimali Makedoniya) – RFŞ (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.

“Qəbələ” isə “Fənərbağça” (Türkiyə), PAOK (Yunanıstan), “Omonoiya” (Kipr), “Vaduts” (Lixtenşteyn) – “Neman” (Belarus) cütünün qalibi və ya “Hegelmann (Litva) – “Şkupi” (Şimali Makedoniya) cütünün qalibinə rəqib olacaq.

Püşkdə səpələnmişlər səbətində yer alacaq “Neftçi” ilk duelini "Voyvodina” (Serbiya), “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi, “Tirana” (Albaniya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibi, “Debretsen” (Macarıstan) və ya ÇSKA 1948-ə (Bolqarıstan) qarşı keçirəcək.

Konfrans Liqasında II raundun oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək.