Millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa “Legiya”sının qış hazırlıq planı bəlli olub. 

Rekord.az klubun saytına istinadən xəbər verir ki, Varşava təmsilçisi  təlim-məşq toplanışını  yanvarın 6-dan 22-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirəcək.

Bu müddətdə komandanın üç yoxlama matçına çıxması nəzərdə tutulub.
 
“Legiya” Polşa çempionatında 16 turdan sonra 12 xalla 18 komanda arasında 16-cı pillədə qərarlaşıb. Varşava klubunun ehtiyatda əvvəlki turlardan təxirə salınmış iki oyunu da var.