17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının aprelin 12-dən 15-dək Bakıda, 16-dan 21-dək isə Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində təlim-məşq toplanışı olacaq.

Rekord.az xəbər verir ki, millimiz hazırlıq çərçivəsində aprelin 18-də və 20-də Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.

Yoldaşlıq oyunları üçün yekun heyət Bakı toplanışından sonra müəyyənləşəcək.

Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

1. Ayxan Abbaszadə - Turan Tovuz
2. Həbib Hüşənov - Qəbələ
3. Tuncay Əhmədov - Sabah
4. Firudin Kişiyev - EFA
5. Əhməd Tarverdiyev - Sabah
6. Səmid Əhmədov - Qəbələ
7. Vüsal Paşayev - Sumqayıt
8. Nadir Orucov - Sumqayıt
9. Rəşad Alışov - Sabah
10. Ramin Əvəzov - Sabah
11. Ömər Kərimov - Qəbələ
12. Babamirzə Mehdiyev - Sabah
13. Anar Hüseynov - Sabah
14. Ziya Şəkərxanov - Qəbələ
15. Elnur Cabbarlı - Sumqayıt
16. Sadiq Məmmədli - Neftçi
17. Ömər Nəsibov - Neftçi
18. Amin Muradov - Neftçi
19. Həsən Nəzərli - Ankaragücü (Türkiyə)
20. Hikmət Cəbrayılov - Qarabağ
21. İslam İsmayılzadə - Səbail
22. Amid Qasımov - Qarabağ
23. Röyal Fərzullazadə - Neftçi
24. Ümid Səlimov - Şamaxı