Futbol üzrə İngiltərə Premyer Liqasını tərk edəcək ikinci komandanın adına aydınlıq gəlib.

Rekord.az xəbər verir ki, “Uotford” da növbəti mövsümdə elitada mübarizə aparmaq hüququnu itirib.

Buna sözügedən komandanın 36-cı tur çərçivəsində səfərdə “Kristal Pelas”la səfər oyununda 0:1 hesablı məğlubiyyəti səbəb olub. Bu məğlubiyyətdən sonra 22 xala malik “Uotford” 20 iştirakçı arasında 19-cu pillədə qalıb. Sözügedən kollektiv qalan oyunlarında qələbə qazansa belə, 17-ci pilləyə yüksələ bilməyəcək. Hansı ki, hazırda bu pillədə 34 xalı olan “Lids” qərarlaşıb.

Xatırladaq ki, daha öncə “Norviç Siti”nin də elitanı tərk edəcəyi dəqiqləşmişdi. Bu komanda 21 xalla sonuncu pillədə qərarlaşıb.