“Turan Tovuz” “Sumqayıt”dan ayrılmış qapıçı Aydın Bayramovu heyətinə qatıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı qapıçı ilə 1+1 illik rəsmi müqavilə bağlanıb.

O, karyerası ərzində MOİK, “Sabah” və “Sumqayıt” klublarının formasını geyinib.