Dünəndən etibarən "Sumqayıt" - "Qarabağ" matçının biletlərinin satışa çıxarıldığını yazmışdıq.

Rekord.az xəbər verir ki, klubun sosial şəbəkə hesablarında anons veriləndən sonra stadiona yollanan bəzi azarkeşlər problemlə üzləşib.

Belə ki, bilet satışı elan edilsə də, stadionun kassaları bağlı olub. Klubun mətbuat katibi Zaur Xudiyev isə saytımıza açıqlamasında bildirib ki, məsələ qısa müddət sonra həll olunub və kassalar hazırda fəaliyyət göstərir.