İngiltərə millisi Avro-2024-ə hazırlıq çərçivəsində "Uembli" stadionunda Belçikaya qarşı keçirəcəyi yoldaşlıq görüşünə arxasında ad yazılmayan formalarla çıxacaq.

Rekord.az xəbər verir ki, bu haqda Britaniya mətbuatı məlumat yayıb.

Bu addımın atılmasına səbəb Alzheimer xəstəliyindən əziyyət çəkən insanlara dəstək nümayiş etdirməkdi.