Elxan Məmmədovun dönəmində yaradılan AFFA Məşqçilər Komitəsi ləğv oluna bilər.

Rekord.az-a daxil olan məlumata görə, yeni AFFA rəhbərliyi bu layihəni o qədər də uğurlu saymır.

Federasiya rəhbərliyinin fikirrincə, tanınmış məşqçiləri kabinetə yığıb yüksək məbləğdə paket verməkdənsə, işlə təmin etmək lazımdır. Böyük ehtimalla mayın əvvəllərində bu məsələyə də aydınlıq gələcək.