Luka Modriç Çempionlar Liqasında İspaniyanın "Real" klubunun heyətində meydana çıxan ən yaşlı futbolçu olub.

Rekord.az xəbər verir ki, yarımmüdafiəçi 38 yaş 234 günlüyündə "Bayern"lə yarımfinal mərhələsinin ilk matçında (2:2) çıxış edib.

Xorvatiya millisinin kapitanı bununla da əfsanəvi Ferents Puşkaşın 1965-ci il noyabrın 17-dən bu yana qırılmayan rekordunu yeniləyib. Macarıstanlı qoleador 38 yaş 229 günlüyündə meydana çıxıb.

Modriç bu göstəricini Madrid klubunun heyətində keçirdiyi 528-ci, Çempionlar Liqasında isə 118-ci oyununda yeniləyib.