Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" İsveç çempionatında 5-ci tur oyununa çıxıb.

Rekord.az xəbər verir ki, komanda öz meydanında “Malmö”nü qəbul edib.

Son 2 matçda olduğu kimi, bu dəfə də Musanın adı görüşün iştirak ərizəsinə daxil edilməyib. 

Qurbanlının yoxluğunda komandası ardıcıl ikinci dəfə uduzub – 0:1. 

"Yurqorden" hazırda turnir cədvəlində 7 xalla 7-ci pillədə qərarlaşıb.