"Səbail"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində səfərdə "Sabah"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra bunları söyləyib:

“Rəqib qapıçı Yusif İmanovu təbrik edirəm. Oyunun qalibi o idi. Yüz faizli 5 qol imkanından istifadə edə bilmədik və 2 yarım epizoddan qol buraxdıq. Komandama təşəkkür edirəm. Çox yaxşı komandamız var. Oyunumuzdan zövq aldım. 12 xal var qarşıda. Mübarizədən qopsaq, belə bu, heç nəyi həll etmir. Yeni komandayıq. Avrokuboklara getməmək dünyanın sonu deyil.

Mən öz qapıçılarımızdan da razıyam. Sadəcə, bugünkü oyunun qəhrəmanı Yusif idi. Onun da zəif oyunları olub. "Sabah"ın qələbəsinə kölgə salmaq istəmirəm. Yarım epizoddan qol vura bildilər. Bu da məşqçinin və futbolçuların əməyidir. Futbolda stabil heyət, stabil oyun, stabil nəticə vacibdir. Futbol bunların üzərində qurulub. Üçündan biri olmayanda nəticəni ala bilmirsən. 7 ayın komandasıyıq. Bu gün ötənilki heyətdən bir nəfər belə meydanda yox idi. Zamana ehtiyac var”.