Şabran şəhər, "Bayraq Meydanı"nda yerləşən süni örtüklü futbol meydançasında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun, Şabran Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Şabran Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş idarə, müəssisə və təşkilatlar arasında minifutbol üzrə Şabran rayon çempionatı çərçivəsində növbəti yarımfinal oyunu keçirilib.:

Rekord.az xəbər verir ki, "Təhsil İdman"la "Səba Broyler"in görüşü 1:1 başa çatıb

Əlavə vaxt da 2:1 hesabı ilə qələbə qazanan "Təhsil İdman" komandası finala çıxıb.

Qeyd edək ki, yarışın final oyunu və bağlanış mərasimi 10 may 2024-cü il tarixində keçiriləcək.