Bazar günü oynanılacaq "Sumqayıt" - "Qarabağ" matçının biletləri dünəndən satışa çıxarılıb.

Rekord.az xəbər verir ki, ilk gün olmasına baxmayaraq, artıq 1200 bilet satılıb.

Bu haqda məlumatı saytımıza klubun mətbuat katibi Zaur Xudiyev verib. Oyun gününə kimi bütün biletlərin satılacağına şübhə yoxdur. Belə olarsa, "Sumqayıt" həm özünün, həm də mövsümün rekordunu yeniləyə bilər. Belə ki, cari mövsüm ən çox tamaşaçı "Sumqayıt" - "Neftçi" matçına gəlib - 8100 nəfər.