“Qəbələ” Premyer Liqanın 32-ci turunun “Kəpəz”lə evdə keçiriləcək oyununun hazırlıq prosesini başa vurub. 

Rekord.az xəbər verir ki, Ülvi İsgəndərov və Samuel Tetteh hazırlığa qatılmayıblar.

Lukas Afriko isə fərdi məşqlə kifayətlənib.

Aprelin 28-də Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” - “Kəpəz” qarşılaşması saat 15:30-da başlayacaq.