Qurban Qurbanov AFFA-da bu səlahiyyətlərə sahib olacaq - ÖZƏL!
- 2024-04-23 13:00
- 4110
Yenilənən AFFA-nın İcraiyyə Komitəsində yer alan Qurban Qurbanova öncəki İK üzvlüyü dönəmi ilə müqayisədə böyük səlahiyyətlər verilib.
Rekord.az-a daxil olan məlumata görə, Qurbanov yalnız əsas millinin baş məşqçisi məsələsinə müdaxilə etməyəcək.
Çünki bu məsələ birbaşa Elşad Nəsirovun kurasiyasında qalmaqda davam edəcək. Lakin U-21 də daxil olmaqla, bütün aşağı yaş qruplarından ibarət millilərə baş məşqçi təyinatı, həmin komandalarda sistemin qurulmasına birbaşa Qurbanov nəzarət edəcək.